Messinin xeyriyyə matçında narkobaron izi

26.06.2015 21:10     Sport reaksiya     2112

Lionel Messinin təşkil etdiyi xeyriyyə matçından narkotik alverçiləri “çirkli pullar”ın yuyulması üçün istifadə ediblər. Apasport.az saytının ispan mətbuatına istinadən məlumatına görə, bu barədə hadisə şahidlərindən biri ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə məlumat verib.

 

Şahidin ifadəsinə görə, 2012 və 2013-cü ildə “Messi və dostları” adı ilə keçirilmiş iki xeyriyyə matçında ABŞ-ın ən böyük narkotik şəbəkəsi “Los-Valensiya” mövcud olmayan biletlərin satışını təşkil edərək “qara pulların” yuyulmasını həyata keçirib.

 

Polisin ilkin araşdırması nəticəsində məlum olub ki, nə Messinin, nə də təşkilatçı fondun prezidenti olan atasının bu maxinasiyadan xəbərləri yoxdu.

Şərhlər