Qızıl medal ümidimizdən təmiz qələbə - Canlı izlə - VİDEO
27.06.2015 13:20 Sport reaksiya 2076
Avropa Çempionatlarının gümüş və bürünc medalçısı, yerli idmançı Elmar Qasımov I Avropa Oyunlarında ilk oyununa çıxıb.
ANS PRESS-in məlumatına görə, təmsilçimiz 100 kq-dək çəki dərəcəsi üzrə kişilər arasında cüdo yarışında Xorvatiyadan olan cüdoçu Zlatko Kumriçlə üz-üzə gəlib. Döyüşə yaxşı başlayan Elmar Qasımov rəqibini ipponla (təmiz qələbə) məğlub edərək adını 1/8 final mərhələsinə yazdırıb.
Avropa Çempionatlarının gümüş və bürünc medalçısı Elmar Qasımov növbəti mərhələdə Çexiyadan olan cüdoçu Lukas Krpaleklə qarşılaşcaq. Yerli vaxtla 13:54-də baş tutacaq döyüşdən qalib ayrılan tərəf yarımfinala adlayacaq.
Elmar Qasımov Azərbaycanın peşəkar cüdo idmançısıdır. O kişilər arasında keçirilən Avropa Çempionatında 2-ci yerə yiyələnib. Onun fikrincə, cüdoda əsas çətinlik nə qədər irəlidə olsan belə oyunun sonuna kimi uduzmaq riskinın davam etməsidir.
Şərhlər