Elvin Məmişzadə: "Avropa Oyunlarında qızıl medal almaq böyük şərəfdir"

27.06.2015 13:52     Sport reaksiya     2151

Birinci döyüşdən sonuncu döyüşə qədər yaxşı döyüşdüm. Məşqçilərim bunu dedilər mənə. Ən çətin döyüşüm bolqar boksçusu ilə oldu. Bu qızıl idman karyeramda ən yüksək nəticəmdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə birinci Avropa Oyunlarında qızıl medal qazanan boksçumuz Elvin Məmişzadə deyib.

O bildirib ki, ilk Avropa Oyunlarında qızıl medal almaq böyük şərəfdir: "Gələcək dünya çempionatına medal qazanıb Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır".

Şərhlər

Çox oxunanlar