Millimiz qalib gəldi

06.01.2016 23:03     Sport reaksiya     2290

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

"Reaksiya" xəbər verir ki, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun millimizin qələbəsi ilə başa çatıb - 2:0 (qollar: Gülər Mətin, 68; İbrahim Qədirzadə, 90+4).

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Şərhlər