İdmançımızda dopinq aşkarlandı - Rəsmi açıqlama

27.06.2015 18:05     Sport reaksiya     2050

“Azərbaycanı təmsil edən atlet Çaltu Bejidən götürülmüş dopinq-testin Rusiyanın paytaxtı Moskvada aparılmış analizinin nəticəsi müsbət olub”. 

Reaksiya.Az xəbər verir ki, bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-də çıxış etdiyi 3000 metr məsafəyə qaçış yarışında birinci yeri tutmasından dərhal sonra PWS şirkətinin mütəxəssisləri Bejidən dopinq analizi götürüb. İ.Rüstəmzadə müayinə nəticəsində həm A, həm də B testinin müsbət nəticə verdiyini bildirib. 19 yaşlı efiopiyalı legionerdə "osterin" maddəsi aşkarlanıb.

İ.Rüstəmzadə deyib ki, Bejini 4 ilədək cəza gözləyir. Bununla yanaşı, olayın səbəbkarlarının aşkarlanması üçün araşdırma aparılacaq. Nazirlik rəsmisi günahı sübut olunanların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, bu, I Avropa Oyunlarında ikinci dopinq qalmaqalıdır. Daha öncə Albaniya millisinin boksçusu Reşildo Zeneli dopinq-testdən keçə bilmədiyi üçün Oyunlardan kənarlaşdırılıb.

Şərhlər