Azərbaycan birinci Avropa Oyunlarında 19-cu qızıl medalını qazandı - Albert Səlimovla
27.06.2015 19:02 Sport reaksiya 2165
Birinci Avropa Oyunlarında boks üzrə yarışların sonuncu mərhələsinə start verilib.
Trend-in məlumatına görə, Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən boksçu Albert Səlimov bu gün final görüşünə çıxıb.
O, həlledici döyüşdə rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 19-ci qızıl medaldır. Bokçularımızın payına isə 4 qızıl medal düşür.
Şərhlər