“Neftçi”nin veteran futbolçusu Valeri Hacıyev vəfat etdi
08.01.2016 15:14 Sport reaksiya 2305
Azərbaycan futboluna ağır itki üz verib. "Reaksiya"nın məlumatına görə, tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.
Uzun illər “Neftçi”nin şərəfini qorumuş futbolçu uzun sürən xəstəlikdən sonra bu gün ömrünün 75-ci ilində dünyasını dəyişib. Sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq. Onunla vida mərasimi saat 13:00-da başlayacaq.
1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev “Neftçi” ilə yanaşı, Moskva “Dinamo”su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.
Şərhlər