Bu gün “Qızıl top” sahibini tapacaq
11.01.2016 10:55 Sport reaksiya 2161
Bu gün İsveçrənin Sürix şəhərində “Qızıl top”un təqdimetmə mərasimi keçiriləcək.
"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı vaxtilə saat 21:30-da başlayacaq tədbirdə mükafat sahibinə veriləcək.
Bu mükafat üçün 3 futbolçu mübarizə aparır. Bunlar “Qızıl topu” 3 dəfə qazanan (2008,2014,2014) Kriştianu Ronaldo, 4 dəfə bunu əldə edən (2009,2010,2011,2012) Lionel Messi və ilk dəfə bu mükafata namizəd olan Messinin komanda yoldaşı Neymar var.
Digər mükafatlar üzrə namizədlər isə belədir:
Ən yaxşı qadın futbolçu: Karli Lloyd (ABŞ millisi), Aya Miyama (Yaponiya millisi), Celia Sasiç (Almaniya millisi)
Ən yaxşı kişi baş məşqçi: Pep Qvardiola (“Bavariya”), Luis Enrike (“Barselona”), Xorxe Sampaoli (Çili millisi)
Ən yaxşı qadın baş məşqçi: Jilli Ellis (ABŞ millisi), Mark Sampson (İngiltərə millisi), Norio Sasaki (Yaponiya millisi)
Ən yaxşı qol (Puşkas ödülü): Alessandro Florenzi (“Roma”), Vendell Lira (“Goianesia”), Lionel Messi (“Barselona”)
Qeyd edək ki, FİFA-nın rəsmi saytı bir neçə gün öncə yanlışlıqla “Qızıl top”un Lionel Messiyə veriləcəyini açıqlamışdı.
Şərhlər