Dövlət başçısı Abdulqadir Abdullayevə qızıl medalı təqdim edib - VİDEO

27.06.2015 20:39     Sport reaksiya     2320

 I Avropa Oyunlarında boks millimizə daha bir qızıl medalı Abdulqadir Abdullayev qazandırıb. Apasport.az saytının məlumatına görə, 91 kq çəki dərəcəsində döyüşən təmsilçimiz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

 

Finaldakı rəqibi Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan sağlamlığındakı problemlə əlaqədar, döyüşdən imtina etdiyi üçün Abdullayev sonuncu görüşünü keçirmədən, çempion adını qazanıb.

 

Bu boksçumuza da qızıl medalı Azərbaycan prezidenti İlham Əliyevищлысг təqdim edib.

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

Şərhlər

Çox oxunanlar