İspan nəhənglərinə FIFA-dan qadağa
14.01.2016 17:24 Sport reaksiya 2095
FİFA İspaniyanın "Real Madrid" və "Atletiko" klublarının yeni futbolçular sifariş etmələrinə qadağa qoyub. "Reaksiya"nın ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna paytaxt təmsilçilərinin yetkinlik yaşına çatmayan futbolçular transfer etmələri səbəb olub.
Qərara əsasən, hər iki klub qış və yay transfer dövründə sifariş ərizələrinə yeni oyunçular daxil edə bilməz. Lakin qərar "pəncərə"lər zamanı futbolçuların qeydiyyatına təsir etməyəcək. Bununla yanaşı, "Real Madrid" 900 min, "Atletiko" isə 360 min İsveçrə frankı məbləğində cərimələnib. Hər iki kluba vəziyyəti qaydasına salmaq üçün 90 gün vaxt verilib.
Qeyd edək ki, daha öncə İspaniyanın "Barselona" klubu da 18 yaşına çatmamış futbolçuların transferi və qeydiyyatı səbəbindən FİFA sanksiyası ilə üzləşib. Kataloniya təmsilçisi ötən ilin qış və yay transfer dövrlərində yeni oyunçuları qeydiyyata sala bilməyib.
Şərhlər