UEFA-dan “Qəbələ”yə 243 min avro

21.01.2016 17:20     Sport reaksiya     2101

Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsində 2 oyunda heç-heçə əldə etdiyinə görə UEFA-nın ayırdığı bonus məbləğ – 243 min avro AFFA tərəfindən “Qəbələ” klubunun hesabına köçürülüb.

"Reaksiya"  xəbər verir ki, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb. Qeyd edək ki, "Qəbələ" cari mövsüm tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib. Komanda qrup mərhələsini iki xalla başa vurub.

Şərhlər

Çox oxunanlar