2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcək

25.01.2016 14:01     Sport reaksiya     1882

2018-ci ildə gimnastikanın batut növü üzrə Avropa çempionatı Bakıya etibar olunub.
 
"Reaksiya" "APA.az"-a istinadən xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında verilib. Bədii gimnastika üzrə 3 dəfə qitə çempionatına ev sahibliyi edən ölkəmiz bu idman növü üzrə ilk dəfə belə yarışı təşkil edəcək.
 
Azərbaycan bunadək idman gimnastikası (19-21 fevral) və batut (5-6 mart) üzrə Dünya Kubokunun mərhələ yarışlarını qəbul edəcək. Bədii gimnastika üzrə analoji turnir isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də Milli Gimnastika Arenasında baş tutacaq.
 

Şərhlər