Nazir: "Onların başı çatmır" - SƏRT MÖVQE

29.06.2015 17:00     Sport reaksiya     2107

BAOƏK direktoru Bakıya 100-dən artıq Olimpiya və dünya çempionunun gəldiyini deyib.

"Azərbaycanda dünya rekordu vurulub. Bu o deməkdir ki, Bakı 2015-də zəif idmançılar iştirak etmir". 

ANS PRESS-in məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov Bakı 2015 I Avropa Oyunlarında zəif idmançıların çıxışı ilə əlaqəli suallara cavab verərəkən deyib.

Nazir bildirib ki, Avropa Oyunlarındakı 16 idman növündən 12-si lisenziya xarakterli yarış növüdür: "Bütün idmançılar bu imkandan imtina etməzlər. Lisenziya xarakterli idman növündə iştirak etmək üçün ən güclülər Bakıya gəlib. 100-dən artıq Olimpiya və dünya çempionu I Avropa Oyunlarında iştirak edib. Kimki bu cür məlumatlar yayır demək o, idman oyunlarını izləməyib. Bizə qarşı qarayaxma kampaniyaları aparılırdı. İstəyirdilər ki, I Avropa Oyunlarının səviyyəsini aşağı salsınlar. Bu cür düşünənlərin yəqin başı çatmır".

Azad Rəhimov bildirib ki, ölkəmizdə yeni mədəniyyət əmələ gəlib: "İnsanlar oyunlara bilet almağa başlayıblar. Hətta bilet tapa bilməyənlər mənə də müraciət edirdilər", - deyə nazir əlavə edib.

I Avropa Oyunları iyun ayının 12-dən 28-dək davam edib. Bu 17 gün ərzində 6 mindən çox idmançı 18 obyektdə keçirilən yarışlarda 1542 medal uğrunda mübarizə aparıb. 

Şərhlər