“Qarabağ” qələbə qazandı
14.02.2016 17:20 Sport reaksiya 1367
Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunlarına yekun vurulur.
Reaksiya.info-nın Qafqazinfo-ya istinadən məlumatına görə, son oyun günündə “Kəpəz” Gəncədə lider “Qarabağ”ı qəbul edib. Oyunun ilk qolunu 9-cu dəqiqədə Rəşad Sadıqov vurub.
Rəqib komandanın futbolçusu Namiq Ələsgərov 45-ci dəqiqədə hesabı bərabərləşdirə bilib. Amma oyunun sonuna bir neçə dəqiqə qalmış 83-cü dəqiqədə küncdən zərbə ilə Əfran İsmayılov komandasını yenidən irəli çıxarıb.
Beləliklə, “Qarabağ” oyundan 2:1 hesablı qələbə, 3 xalla ayrılıb.
Şərhlər