Azad Rəhimov: “O, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır”

02.07.2015 10:29     Sport reaksiya     1903

Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası aparan şəbəkə arzusuna çata bilmədi.

Trend-in məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimovun sözlərinə görə, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ölkəmizin nüfuzunun artdığını bir daha sübuta yetirdi. Azərbaycan qazandığı medalların sayına görə Avropanın ən güclü 2-ci ölkəsi oldu: “Bunları danmaq mümkün deyil. Bu sahədə həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda idmanla məşğul olmaq böyük amilə çevrilib. Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malik idi. Azərbaycanın qüdrətli dövlət kimi dünyada öz layiqli yerini tutması antiazərbaycançı şəbəkədə böyük narahatlıq yaradıb. Kimsə I Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, demək ki, o, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır. Bu məsələ ilə bağlı fikir bildirənlər idman aləmindən uzaq olanlardır”.

A.Rəhimov deyib ki, Avropa Oyunlarına daxil olan 16 olimpiya idman növündən 12-si lisenziya xarakterli idi: “Bu fürsəti heç bir idmançı qaçırmaq istəməzdi. 100-dən artıq Olimpiya və dünya çempionu “Bakı-2015”də yarışdı. Üzgüçülükdə gənclər arasında dünya rekordu təzələndi. Zəif idmançı dünya rekordu qıra bilər? Bu haqda fikir səsləndirənlər bəlkə, heç bir dəfə də olsun idman yarışına baxmayıblar. İdmandan xəbəri olanlar belə fikirlərlə çıxış etməzlər. Heç bir qara qüvvə bizi qorxuda bilməz. Oyunları boykot etməyə, açılış mərasimi zamanı saytı dağıtmağa çalışdılar. Lakin qarayaxma kampaniyası aparan şəbəkə arzusuna çata bilmədi.

Şərhlər