Avropa Liqasının qalibi "Milan"da

03.07.2015 12:39     Sport reaksiya     2056

İtaliyanın "Milan" klubu heyətini gücləndirməkdə davam edir.

ANS PRESS-in məlumatına görə, komanda Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda oynayan Luis Adrianonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. 2009-cu ildə Ukrayna klubunun heyətində Avropa Liqası qazanan braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçunun gələn həftədən komandaya qoşulacağı bildirilib.


"Şaxtyor"un rəsmi saytı - Luis Adrianonun transferi haqqında

Kariyerası olduqca zəngin olan Luis futbola Braziliyanın “İnternasinal” klubunda başlayıb. Burada bir mövsüm çıxış edən futbolçu 15 matçda bir qola imza atıb. 2007-ci ildən Ukraynanın "Şaxtyor" klubunda forma geyinən Adriano 154 qarşılaşmada 54 dədə rəqibi cəzalandırıb. Donetsk klubunun heyətində 6 dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun qalibi, 5 dəfə Ukrayna super kubokunun qızıl medallarına sahib çıxıb.


Karlos Bakka

Yeddi dəfə Çempionlar Liqasının qalibi - "Milan" klubu bir neçə gün bundam əvvəl "Sevilya" ilə iki dəfə Avropa liqasının qızıl medallarına sahib çıxmış Kolumbiyalı hücumçu Karlos Bakkanı da transfer etmişdi.

Şərhlər