Çünki bizim hər uğurumuz onların növbəti uğursuzluğudur...

31.05.2015 15:37     Sport reaksiya     829

Məlum olduğu kimi, 2015-ci ilin iyununda, ölkəmizin paytaxtı Bakı şəhərində birinci Avropa Oyunları keçiriləcək. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

Bu oyunlara heç şübhəsiz ki, ölkə ictimaiyyəti də böyük maraqla yanaşır. Belə ki, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov da bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqqında verilən qərarın özünün önəmi ölkəmizin bu gün dünyada yüksək səviyyədə tanınması demək olduğunu düşünür. A. Xəlilovun fikrincə, ölkəmizin beynəlxalq aləmdə qazandağı etibar, inam və təşkilatçılıq qabiliyyətinin təsdiqi olan bir hadisədir: “Demək artıq biz önəmli olan bir tədbirin ölkəmiz üçün daha da böyük önəm gətirəcək mərhələsini bu qərar verilərkən qazanmışdıq. İndi isə bu önəmli qərarın layiqincə yerinə yetirilməsi və bundan dövlətimiz, xalqımız üçün faydalanmaq mərhələsi gəlir. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir mən deyərdim ki, bu mərhələdə biz az müddət olmasına baxmayaraq böyük dövlətlərin belə çətinliklə edə biləcəyi işləri layiqincə görmüşük. Şübhəm yoxdur ki, açılış dövründən başlayaraq bağlanış mərasiminədək də biz dünyanı müsbət mənada heyrətləndirəcəyik. Tanrı bu oyunların keçirilmə müddətində xalqımızın və dövlətimizin köməyi olsun. Avropa oyunlarının Azərbaycanda keçirilməsinin əsas səbəbkarı olan prezident İlham Əliyev bir daha hər bir sahədə olduğu kimi bu məsələdə də öz iradəsini və qətiyyətini ortaya qoydu və hesab edirəm ki, Azərbaycana gələcəkdə böyük faydalar verəcək bu idman yarışması onun apardığı siyasətin uğurlu səhifələrindən biri olacaq. Bu oyunların keçirilməsi ilə biz dünyaya ilk növbədə sivil, yüksək mədəniyyətə malik, qədim köklərə bağlı bir millət olduğumuzu sübut edəcəyik. Müstəqillik qazandığımız az müddət ərzində böyük iqtisadi nailliyətlər əldə etməyimizi, inkişafımızı, stabil dövlət quruculuğumuzu dünyaya nümayiş etdirəcəyik. Ən nəhayət mənfur düşmənlərimiz olan ermənilərin bizim haqqımızda dünyaya yaydıqları qara fikirlərin üstündən xətt çəkəcəyik. Bütün bunlar ilk növbədə bizə sabah Qarabağın azad olunması üçün başlayacağımız azad etmə əməliyyatlarında çox önəmli strateji siyasi üstünlüklər verəcəkdir. Təbii ki, hələ mədəni, iqtisadi tərəflərdən bizə xeyir gətirəcək məsələlər də öz yerində. Amma bu gün Azərbaycanın əsas problemi işğal olunmuş torpaqlarımız olduğundan mən hesab edirəm ki, əsas fayda da məhz bu məsələdə olmalıdır və elə cənab prezident də bu oyunlara yüksək həssaslıqla yanaşmaqda bunu siyasi hədəf götürmüşdü”.

Bəzi qüvvələrin israrla ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirdiyini həmsöhbətimiz düşünür ki, Azərbaycanın bu gün dünyada tutuduğu mövqe və apardığı müstəqil siyasət eyni zamanda regionda artıq siyasi mənada oyunçuya çevrilməsi həm düşmənlərimizin ürəyincə deyil, həm də rəqiblərimizi artırıb: “Bu isə anlaşılandı dünyada yaşam uğrunda daim rəqabət gedib və bu gün də gedir. Belə olan halda düşmənlərin və rəqiblərin mövqeyi başqa cür də ola bilməz onlar bizim uğurlarımıza sevinəsi deyillər. Onlar bütün gücləri ilə bizim hər uğurumuza qarşı mübarizə aparacaqlar. Çünki bizim hər uğurumuz onların növbəti uğursuzluğudur. Biz xalq olaraq bundan sonra inkişaf etdikcə daim bunları nəzərə almalı və hər bir qara kompaniyaya qarşı hazır olmalıyıq. Bu oyunların Azərbaycanda keçirilməsi qərarı veriləndən bu günə qədər bizə qarşı hər cür qara piar kompaniyaları Beynəlxalq arenada  istər KİV-də istərsə də adı vətəndaş cəmiyyəti institutları olan ancaq realda imperalist maraqlara xidmət edən qurumlar tərəfindən aparılır bu gün də sabah da hətta oyunlar keşirilən günlərdə də davam edəcək. Bu kompaniyalar Azərbaycan cəmiyyəti tərəfindən hər zaman etirazla qarşılansa da buna istər daxildə istərsə da xaricdə layiqli cavablar verilsə də  mən qeyd etmək istəyirəm ki, ən tutarlı cavabı nüfuzlu beynəlxalq tribunalarda, ölkəmizə səfər edən siyasətçilərlə görüşlər zamanı cənab prezident İlham Əliyevin məntiqli çıxışları bəzən isə sərt bəyanatları verdi. Artıq hesab edirəm ki, bu qara kompaniyalar Avropa oyunlarının Azırbaycanda yüksək səviyyədə keçirilməsinə maneə ola bilməz. İnşallah bu oyunları yüksək səviyyədə keçirtməyimizlə o qarayaxma kompaniyaları tarixin zibilliyinə atacayıq. Ancaq təbii ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları, diplomatik korpuslarımız, diaspora təşkilatlarımız, xaricdə təhsil alan tələbələrimiz bu sahədə daim fəal olmalı Azərbaycan dövlətinə yardımçı olmalıdırlar. Mən bir də istərdim ki, müxtəlif xarici dillərdə internet KİV-nin sayı artsın, TV kanallar  açılsın. Xarici dildə TV kanalların olmasına böyük ehtiyac var. Düzdür bu elə də asan olmasa da bu istiqamətdə işlər görülməlidir”.

 

Reaksiya.az

 

Şərhlər