Əsgər Abdullayev istefa verdi - YENİLƏNİB

05.03.2016 17:38     Sport reaksiya     1246

“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev istefa verib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı bunu Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qəbələ” ilə matçdan sonra açıqlayıb.

 

Ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşən Abdullayev mətbuat konfransına qatılaraq, postundan getdiyini deyib. Başqa heç nə barədə danışmaq istəməyən mütəxəssis “Neftçi”nin uğursuzluğuna səbəb məhz məşqçi səhvləridi” sualını da cavabsız qoyub: “Bu barədə danışmaq istəmirəm”.

 

Qeyd edək ki, “Qəbələ” ilə görüşdə hesabı “Neftçi” açsa da, yekunda 1:2 hesabı ilə uduzub.

 

"Neftçi" - "Qəbələ" matçının sonlarında ev sahiblərinin azarkeşləri baş məşqçi Əsgər Abdullayevi istefaya səsləyib. Apasport.az saytının məlumatına görə, bu, komandanın "Qəbələ" ilə ev oyununda buraxdığı 2-ci qoldan sonra olub. Onlar "Neftçi"nin ardıcıl 4-cü məğlubiyyətinə (1:2) etirazını bu şəkildə bildiriblər.

 

Qeyd edək ki, Əsgər Abdullayev ikinci dövrədə Samir Əliyevin yerinə baş məşqçi postuna keçib.

Şərhlər