Türkiyə millisinin heyəti açıqlandı
19.03.2016 20:14 Sport reaksiya 1286
"Ay-ulduzlular"ın yeni formaları.
Yaxın günlərdə Türkiyə millisi İsveç və Avstriya yığmaları ilə yoxlama matçları keçirəcək. ANS PRESS-in məlumatına görə, həmin qarşılaşmalar üçün "ay-ulduzlular"ın baş məşqçisi Fatih Terim seçmənin heyətini açıqlayıb.
"İmperator" ləqəbli çalışdırıcı 27 futbolçuya dəvət göndərib:
Qapıçılar: Volkan Babacan (Başakşəhər), Harun Tekin (Bursaspor), Muammer Yıldırım (Mersin İdman Yurdu), Onur Kıvrak (Trabzonspor).
Müdafiəçilər: Gökhan Gönül, Caner Erkin, Şener Özbayraklı (üçü də "Fənərbaxça"), Hakan Balta (Qalatasaray), İsmail Köybaşı (Beşiktaş), Çağlar Söyüncü (Altınordu), Ahmet Çalık (Gənclərbirliyi), Serdar Aziz (Bursaspor).
Yarımmüdafiəçilər: Alper Potuk, Ozan Tufan, Mahmet Topal, Volkan Şen (hamısı "Fənərbaxça"), Olcay Şahan, Oğuzhan Özyakup, Kerim Frey (üçü də "Beşiktaş"), Yasin Öztekin, Selçuk İnan (ikisi də "Qalatasaray"), Hakan Çalhanoğlu (Bayer, Almaniya), Nuri Şahin (Borussiya Dortmund, Almaniya), Arda Turan (Barselona, İspaniya).
Hücumçular: Cenk Tosun (Beşiktaş), Yunus Mallı (Maynts 05, Almaniya), Burak Yılmaz (Pekin Quoan, Çin).
Bu arada futbol üzrə Türkiyə millisinin yeni formala ictimaiyyətə təqdim edilib. "Ay-ulduzlular" yeni dizayn edilən forma ilə ilk matçı martın 24-də Antalyada İsveç yığmasına qarşı keçirəcək.
Şərhlər