Prezident yığma komandanı silahla gücləndirdi
24.03.2016 14:18 Sport reaksiya 1353
Ukrayna prezidenti yığmanı Avro 2016-nın final oyununa çıxdığı üçün mükafatlandırıb.
Ukraynanın prezidenti Pyotr Poroşenko ölkənin yığma komandasının futbolçularına qeyri-adi hədiyyə edib. ANS PRESS-in məlumatına görə, Pyotr Poroşenko futbol yığmasının 9 oyunçusunu həqiqi silahla mükafatlandırıb.
Ukrayna prezidenti Avro 2016-nın final oyununa çıxdığı üçün komandanın baş məşqçisi və Ukrayna Futbol Federasiyasının rəhbərlərinə silahlar təqdim edib. Prezidentin bununla bağlı xüsusi fərmanı 2015-ci ilin 21 noyabr tarixində verilsə də sənəd ötən gün Ukrayna KİV-inin sorğusuna cavab olaraq dərc olunub.
Poroşenkonun Ukrayna yığmasının futbolçularına silah hədiyyə etməsi ölkədə birmənalı qarşılanmayıb. Ukrayna yığması 10 iyun-10 iyul tarixlərində Fransada keçiriləcək Avropa çempionatında qrup mərhələsində Almaniya,Polşa və Şimali İrlandiya komandaları ilə görüşəcək. Almaniya yığması Dünya çempionatının son qalibidir. Avropa Çempionatının son qalibi isə İspaniyayığması olub.
Şərhlər