Arda Turan: ""Atletiko"nu heç vaxt unutmayacam"

07.07.2015 13:09     Sport reaksiya     2021

"Barselona"ya transfer olunan Arda Turan sabiq komandası "Atletiko" haqda danışıb.

Qol.Az-ın məlumatına görə, türkiyəli futbolçu klubun rəsmi saytına açıqlamasında "Atletiko"nu heç zaman unutmayacağını bildirib:

""Atletiko"da 4 əla il keçirdim. Bu klubda xüsusi anlarım oldu. Komanda yoldaşlarım, azarkeşlər, klubdakı hər kəsi heç vaxt unutmayacam. Hər kəsə təşəkkür edirəm. Bu andan etibarən "Atletiko" daim qəlbimdə yaşayacaq".

Qeyd edək ki, 2011-2015-ci illərdə "Atletiko"nun şərəfini qoruyan Arda "Barselona" ilə 5 illik müqavilə imzalayıb.   

Şərhlər

Çox oxunanlar