Yığmamız İtaliyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək

07.07.2015 13:51     Sport reaksiya     1911

Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşma yeni istifadəyə verilən Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

H qrupunda yer alan millimizin italyanlarla matçı oktyabrın 10-da oynanılacaq.

 

Qeyd edək ki, bu, yığmamızın Bakı Olimpiya Stadionunda ilk oyunu olacaq.

Şərhlər

Çox oxunanlar