Azərbaycan qılıncoynadanları Gürcüstanda iki medal qazanıblar

07.07.2015 14:15     Sport reaksiya     2168

Gürcüstanda yeniyetmələr arasında qılıncoynatma üzrə keçirilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisi iki medal qazanıb.

AZƏRTAC xəbər verir ki, şpaqaçı oğlanların yarışında bütün rəqiblərinə qalib gələn Barat Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızlar arasında sablya yarışında isə Günel Məmmədova bürünc medala sahib olub.

Şərhlər