Məhşur ingilis futbolçudan Azərbaycana dəstək
06.04.2016 13:36 Sport reaksiya 1304
Toni Adams Böyük Britaniyanın demək olar ki, ən məşhur və tanınan futbolçular sırasındadır. “Cənab Arsenal” kimi tanınan bu əfsanəvi idmançı 22 illik karyerası müddətində 500 dəfə komanda tərkibində oyunlarda iştirak edib və İngiltərə millisi üçün 66 kubok qazanıb. Həmçinin, o, milli komandanın kapitanı olub.
2010-cu ildən başlayaraq, o, Azərbaycanda çalışır. Əvvəlcə, “Qəbələ” Futbol Klubunun baş məşqçisi vəzifəsində, daha sonra “Qəbələ” İdman Klubunun futbol direktoru kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində atəşkəş rejiminin düşmən tərəfindən pozulması ilə bağlı açıqlama verib:
“Münaqişənin yenidən alovlanması, mülki şəxslərin yaralanması, qətlə yetirilməsi, eləcə də, yaşayış məntəqələrinin dağıdılması yolverilməzdir. Mən, Azərbaycanda yaşadığım müddətdə dəfələrlə azərbaycanlı məcburu köçkünlərlə görüşmüşəm, onların düçar olduğu problemlərlə yaxından tanışam. Onların dərdinə şərik çıxıram. Ümidvaram ki, onlar tezliklə öz dogma yurd-yuvalarına qayıdacaqlar.
“Qəbələ” İdman Klubunun üzvləri ümid edir ki, Dağlıq Qarabağda sülh bərqərar olacaqdır. Müharibədə mülki vətəndaşlar heç vaxt hədəf olmamalı, onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”.
(Modern.az)
Şərhlər