"Fənərbaxça"dan növbəti səs-küylü transfer

08.07.2015 15:19     Sport reaksiya     2026

stanbulun Fənərbaxça klubu transferə doymur.
 
ANS PRESS-in məlumatına görə, Türkiyə klubu braziliyalı yarımmüdafiəçi Jozef de Souzanı heyətinə qatıb. 26 yaşl futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Fənərbaxça" futbolçunun sabiq komandası - Braziliyanın Sao Paulo klubuna 8 milyon avro ödəyəcəyini açıqlayıb. 
İyulun 5-i braziliyalı futbolçuya imza mərasimi keçiriləcəyi açıqlansa da klubuyla razılığa gəlinməmişdi. 
 
 
Jozef de Souza 2014-cü ildə "San Paulo"da icarə əsasında çıхış edib və bu ilin əvvəlində həmin kluba transfer olunub. Yarımmüdafiəçi əvvəllər Braziliyanın Vasko da Qama, Qremio və Portuqaliyanın Portu klublarında forma geyinib. O, Braziliya millisində 3 oyun keçirib.
 
 
İstanbul klubun bundan əvvəl braziliyalı hücumçu Fernandao və qapıçı Fabiano, portuqaliyalı ulduz futbolçu Luiş Nani, danimarkalı müdafiəçi Simon Kyaer və seneqallı müdafiəçi Abdulaye Banı transfer etmişdi.

Şərhlər

Çox oxunanlar