Azərbaycan idmançıları Açıq Gürcüstan Çempionatında üçüncü olublar

08.07.2015 15:22     Sport reaksiya     1943

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX)  idmançıları Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində keçirilən Açıq Gürcüstan Çempionatında iştirak ediblər.

 

FAİREX-in mətbuat xidmətindən verilən məlumata görə, idman dırmanmasının sürət növü üzrə estafet yarışında Azərbaycan idmançıları 3-cü yeri tutublar.

 

Qaliblərə Gürcüstan Milli Dağçılıq Federasiyasının kubok və medalları təqdim olunub.

/APA/

Şərhlər

Çox oxunanlar