Rəsul Çunayevə rütbə verildi, Elnarə mahnı həsr etdi - VİDEO

08.07.2015 16:01     Sport reaksiya     2127

Müğənni Elnarə Xəlilova Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımıza mahnı həsr edib.

Reaksiya.Az  olke.az-a istinadən xəbər verir ki, “Olimpiya himni”nin musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova, aranjemanı isə Əvəz Muradova məxsusdur.

Mahnının video versiyası sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Video çarxda Birinci Avropa Oyunlarının bütün yaddaqalan məqamları, o cümlədən qızıl medal qazanmış güləşçimiz Rəsul Çunayevin Ali Baş Komandan İlham Əliyevə əsgəri salamı yer alıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Çunayev ötən gün DSX-nın rəisi general-polkovnik tərəfindən leytenant rütbəsi ilə təltif edilib.

Şərhlər

Çox oxunanlar