Azərbaycana təşəkkür etmək lazımdır - Rusiyanın idman naziri

09.07.2015 12:16     Sport reaksiya     2156

"Avropa Oyunlarını ən yüksək səviyyədə qəbul etdiyinə görə Azərbaycana təşəkkür etmək lazımdır".
 
ANS PRESS-in TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri xarici kütləvi informasiya vasitələrinə Rusiyanın idman naziri, futbol üzrə Dünya çempionatı - 2018-in Təşkilat Komitəsinin rəhbəri Vitali Mutko bildirib.
 
Ölkələrin böyük turnirləri mübahisə aparmaq lazım deyil. Əksinə onlara bu cür məsuliyyəti öz üzərilərinə götürdüklərinə görə təşəkkür etmək lazımdır. Onların qarşısında şlyapa çıxartmaq lazımdır”, - nazir qeyd edib. 
 
O deyib ki, ölkələrin böyük yarışları necə əldə etmələri ilə bağlı mübahisə etmək lazım deyil, əksinə onlara minnətdar olmaq lazımdır ki, bu məsuliyyəti öz üzərilərinə götürürlər. Azərbaycana minnətdarlıq etmək lazımdır ki, Avropa Oyunlarını ən yüksək səviyyədə qəbul etdi. Bu, idman və ümumilikdə infranstrukturun inkişafı istiqamətində böyük işdir.
 
Futbol üzrə 2018-ci ilin Dünya çempionatı Rusiyada keçiriləcək.

Şərhlər