“Qəbələ” ilkə doğru - - Gözləntilər böyükdür

09.07.2015 15:47     Sport reaksiya     2121

Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” avrokuboklarda növbəti sınağına çıxacaq. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”su ilə görüşəcək.

Gürcüstanda məğlub olan Roman Qriqorçukun yetirmələri doğma stadionda 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmalıdı. Bunun üçün “qırmızı-qaralar” qol buraxmadan istənilən hesabla qalib gəlməlidi. Əks halda isə mərhələ adlamaq üçün minimum 2 top fərqi ilə qələbə qeydə alınmalıdı.

Mərhələ adlamaq üçün qələbə qazanması zəruri olan “Qəbələ” bunu bacarsa, ilkə imza atmış olacaq. Belə ki, indiyədək avrokuboklarda 3 oyun keçirən klubun hesabında qələbə yoxdu.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunu, 9 iyul

 

21:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan)

Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Annonye, Sebastyan Moreyra (hamısı Fransa)

Qəbələ. Şəhər stadionu

İlk oyun – 1:2

Şərhlər

Çox oxunanlar