Tale Heydərov: Məqsədimizə çatdıq - MÜSAHİBƏ
10.07.2015 01:19 Sport reaksiya 2043
“Qəbələ”nin prezidenti Tale Heydərovun apasport.az saytına müsahibəsi
- Oyunla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Təbii ki, çox sevincliyik. İlk dəfədi “Qəbələ” avrokuboklarda mərhələ adladı. Buna görə də klubumuzla fəxr edirik. Bundan sonra da uğurun davamının gələcəyinə inanırıq.
- Oyunda qol gec vuruldu. Matç sona yaxınlaşdıqca həyəcan var idimi?
- Hamımız həyəcanlı idik. Son dəqiqələrdə məqsədimizə çatdıq. Sonluq istədiyimiz kimi alındı. Çox sevindik ki, nəinki bir, hətta iki qol vurduq.
- “Qəbələ” mərhələ adlamaqla məsuliyyəti artdı. Növbəti mərhələ üçün yeni transferlər nəzərdə tutulubmu?
- Biz yay fasiləsi vaxtı bir neçə futbolçu ilə müqavilə bağladıq. Yeni gələnlər komandaya kömək edirlər. Biz növbəti mərhələdə də komandamızdan qələbə gözləyirik. Bunun əldə olunacağına da inanırıq.
- Hücum xəttinə yeni oyunçu cəlb etmək nəzərdə tutulubmu?
- Əgər ehtiyac olarsa, hücum xəttinə də yeni oyunçu cəlb edəcəyik.
Qeyd edək ki,
Şərhlər