“Qəbələ” növbəti mərhələdə!
09.07.2015 23:21 Sport reaksiya 2128
Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” avrokuboklarda növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Tiflis “Dinamo”su ilə görüşüb.
Gürcüstanda məğlub olan Roman Qriqorçukun yetirmələri doğma stadionda 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıblar. Komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Görüşün başa çatmasına 1 dəqiqə qalmış Sergey Zeynov hesabı açıb, əlavə edilmiş 3 dəqiqədə isə Aleksey Antonov fərqi 2 topa çatdırıb.
Bununla da “Qəbələ” tarixində ilkə imza atıb. İndiyədək avrokuboklarda 3 oyun keçirən klub qazandığı ilk qələbə sayəsində II təsnifat mərhələsinə də adlayıb.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan) - 2:0
Qol: Sergey Zenyov, 89, Aleksey Antonov, 90+3
Qırmızı vərəqə: Totadze, 71 ("Dinamo")
Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Annonye, Sebastyan Moreyra (hamısı Fransa)
Qəbələ. Şəhər stadionu
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 5. Georgi Floresku, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 10. Dodo, 11. Asif Məmmədov, 21. Arif Daşdəmirov, 66. Samir Zərgərov
Baş məşqçi: Roman Qriqorçuk
“Dinamo”: 12. Libor Hrdliçka, 3. Laşa Totadze, 5. Arçil Tvildiani, 6. Mate Tsindsadze, 9. Aleksandr İaşvili, 10. Georgi Papunaşvili, 11. Georgi Kvilitaya, 25. Perreyra dos Santos, 31. Cambuli Ciqauri, 37. Zaza Çelidze, 77. Vaxtanq Tçanturişvili
Ehtiyat oyunçular: 21. Georgi Beqaşvili, 7. Georgi Canalidze, 8. Baçana Arabuli, 13. Otari Kiteişvili, 14. Laşa Parunaşvili, 17. Georgi Qruli, 22. Saba Lobjanidze
Baş məşqçi: Giya Qequçadze
İlk oyun – 1:2
Şərhlər