Məhəmməd Əli öldü
04.06.2016 16:05 Sport reaksiya 1821

Əfsanəvi boksçu 74 yaşında yerləşdirildiyi xəstəxanada dünyadan köçüb.
Əfsanəvi boksçu dünyasını dəyişdi. ANS-in məlumatına görə, söhbətMəhəmməd Əlidən gedir. İdman dünyasının ən parlaq və məşhur simalarından olan əfsanəvi boksçu bu səhər 74 yaşında dünyasını dəyişib.
Bu barədə NBC telekanalı onun yaxınlarına istinadla məlumat yayıb. Məhəmməd Əli 1980-ci illərdən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi. İdmançı ABŞ-ın Finiks şəhərindəki xəstəxanalardan birində vəfat edib. İdmançı həftənin əvvəllində tənəffüs sistemində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilmişdi. İdmançının ciyərlərinda problem var idi. Lakin "The Daily Mirror" qəzeti boksçunun səhhətinin ehtimal ediləndən daha pis olduğunu açıqlamışdı.
Son dəfə o, 2014-cü ilin dekabr ayında xəstəxanaya yerləşdirilmişdi.
Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub.
1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edir və Məhəmməd Əli adını götürür.
Boks tarixçiləri, idman ekspertləri, boksçular və azarkeşləri tərəfindən "bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən ağır çəkidə çıxış etmiş əfsanəvi peşəkar amerikalı həm də insan hüquqları mühafizəçisi və ABŞ-da ilk İslam təşkilatının liderlərindən biri olub.
1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olub. "Time" jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançı olub.
Məhəmməd Əli idman tarixin ən yaxşı idmançısı seçilib.
1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub.
Şərhlər