“Barselona”dan Arda Turana cəza
22.07.2016 12:11 Sport reaksiya 1431
“Barselona”nın baş məşqçisi Luis Enrike Arda Turanı cəzalandırıb.
Axar.az xəbər verir ki, baş məşqçi Avro-2016-da çıxış edən futbolçulara avqustun 1-inə qədər icazə versə də, Arda Turana iyulun 25-də məşqlərə başlamalı olduğunu deyib.
İspaniyanın “Sport” qəzeti Luis Enrikenin bu qərarla türk futbolçunu cəzalandırdığını yazıb. Xəbərdə baş məşqçinin Arda Turanın performansını bəyənmədiyi və “Seltik” ilə yoldaşlıq oyunundan sonra onun müqəddəratının həll olunacağı iddia edilib.
Qeyd edək ki, “Barselona”nın 24 milyon avro qiymət qoyduğu Arda Turanı “Çelsi” və “Arsenal” klubları heyətinə qatmaq istəyir.
Şərhlər