Ronaldonun adı hava limanına verildi
23.07.2016 12:55 Sport reaksiya 1323
Madeyra adasının hava limanı ulduz futbolçunun adını daşıyacaq.
Apasport.az xəbər verir ki, söhbət Madrid "Real"ının və Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldodan gedir.
Bu barədə Madeyra Regional Hökumətinin sədri Migel Albukerke məlumat verib. O bildirib ki, Ronaldo Madeyranın şəhəri olan Funşalda anadan olduğundan bu addımı atmağa qərar verilib.
Qeyd edək ki, Ronaldo dünən doğma şəhəri olan Funşala səfər edərək, yeni inşa olunan 5 ulduzlu otelinin açılışına qatılıb.
Şərhlər