Azərbaycana üçüncü medalı Kamran qazandırdı
15.08.2016 22:05 Sport reaksiya 1262
Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, təmsilçimiz Kamran Şahsuvarlı (75 kq) günə yekun vurub.
İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı boksçumuz 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib.
O, mərhələni adlayaraq ən azı bürünc medalı təmin edib.
Bu, Azərbaycan yığmasının Rio Olimpiadasında qazandığı üçüncü medaldı.
Şərhlər