Premyer Liqa: "Kəpəz"-"Zirə" matçında insident yaşanıb - FOTOLAR
11.09.2016 21:07 Sport reaksiya 1343
Gəncədə futbol üzrə Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Kəpəz" və "Zirə" klubları arasında keçirilən matç zamanı insident yaşanıb.
"Report"un məlumatına görə, insident 51-ci dəqiqədə qonaq komandanın futbolçusu Təmkin Xəlilzadənin Serjinyoya qarşı kobudluğundan sonra başlayıb.
Bu zaman məsələyə hər iki komandanın futbolçuları müdaxilə edib. Ara sakitləşdikdən sonra baş hakim Ramil Diniyev hər iki futbolçuya sarı vərəqə göstərib.
Oyun davam etdirildikdən bir neçə saniyə sonra növbəti insident yaşanıb. Bu dəfə ehtiyat oyunçular skamyasında yer alan Kamal Bayramovun iradları referinin ona sarı vərəqə göstərməsi ilə nəticələnib. Azarkeşlər meydana yad cisimlər atmağa başlayıblar. "Kəpəz"in baş məşqçisi Şahin Diniyev isə Kamal Bayramova yaxınlaşıb. Bu zaman onların arasında gərgin dialoq yaşanıb.
Qeyd edək ki, Şahin Diniyev Ramil Diniyevin əmisidir.
Şərhlər