Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında dopinq aşkarlanmayıb
15.09.2016 15:32 Sport reaksiya 1264
42-ci Ümumdünya Şahmat Olimpiadası iştirakçılarından dopinq tapılmayıb. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov mətbuat konfransında bildirib.
Federasiya rəhbəri 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsinin tərkibinə qatılandan bəri heç bir dopinq problemi ilə üzləşmədiklərini deyib: "Mütəmadi olaraq, idmançıları Ümumdünya Antidopinq Agentliyində yoxlamadan keçiririk. İdmançılar üçün istifadəsi qadağan olunmuş preparatların siyahısı var. Bakıdakı Olimpiadada da heç bir yoxlamanın nəticəsi müsbət çıxmayıb".
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 13 sentyabrda Bakıda keçirilib.
Şərhlər