Atletimiz Avropa çempionu oldu 

20.07.2015 15:22     Sport reaksiya     2316

Çempionluq idmançımıza Rio-2016-ya lisenziya verib.

Gənc yüngül atletimiz Nazim Babayev İsveçrənin Eskilstun şəhərində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

"Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki, üçtəkanla tullanmada 17.04 metr nəticə göstərərək qızıl medal qazanıb. İkinci yeri italiyalı Tobia Boççi (16,51), 3-cü yeri isə ukraynalı pavel Bezniç (16,10) tutub.

Bununla da Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına lisenziya qazanmış olub.17 yaşı Nazim Babayev iyunun 22-də Bakıda keçirilən birinci Avropa Oyunlarında da üçtəkanla tullanmada fəxri kürsünün ən yüksək pilləsinə sahib çxmışdı.

Şərhlər

Çox oxunanlar