İran velosipedçisi Paralimpiya Oyunları zamanı qəzaya düşərək ölüb
18.09.2016 13:17 Sport reaksiya 1162
İran velosipedçisi Bəhmən Qolbarnejad Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında şosse yarışı zamanı qəzaya düşüb və xəstəxanaya aparılarkən yolda keçinib.
"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
Qolbarnejad yarış zamanı yıxılıb və kəllə-beyin travması alıb. Xəstəxanaya aparılarkən isə onun yolda ürəyi dayanıb və həkimlər idmançının həyatını xilas edə bilməyiblər. İranın Paralimpiya Komitəsi onun öldüyünü artıq təsdiq edib.
Yarış zamanı avstraliyalı Alistayr Donoxoe və ukraynalı Yeqor Dementyev də zədələnib.
Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.
Şərhlər