Mixael Şumaxer sağalsa da, sərbəst yeriyə bilmir
19.09.2016 23:31 Sport reaksiya 1185
"Formula-1" yarışının yeddiqat dünya çempionu Mixael Şumaxer hələ sərbəst yeriyə bilmir". BBC xəbər verir ki, bunu 47 yaşlı M.Şumaxerin vəkili Feliks Damm bildirib.
Onun sözlərinə görə, dünya çempionu assistentin yardımı ilə yeriyir, əllərini tərpədir.
Mixael Şumaxer 2013-cü ilin sonunda Fransada Alp dağında dağ-xizəyi sürərəkən başı daşa dəyib. Aldığı kəllə-beyin travması nəticəsində komaya düşüb. O, 2014-c ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib.
Xatırladaq ki, onun müalicəsi 2014-ci ilın sentyabrından İsveçrədəki evində davam etdirilir.
Şərhlər