“Qarabağ” növbəti mərhələyə adladı – Yenilənib - VİDEO

23.07.2015 01:40     Sport reaksiya     1710

Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasında ikinci təsnifat mərhələsini uğurla başa vurub və növbəti mərhələyə adlayıb.

Reaksiya.az xəbər verir ki, Monteneqroda keçirilən matçda qarabağlıların futbolçusu Reynaldo 57-ci dəqiqədə "Rudar"ı məyus edib: 1-0. Bu hesab oyunun sonunadək dəyişməyib.

3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Şotlandiyanın “Seltik” klubu olacaq. İlk qarşılaşmanın rəqib meydanında keçiriləcəyi gözlənilir. 

 

23.45

 

Futbol üzrə Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Reaksiya.az xəbər verir ki, bu gün cavab görüşləri çərçivəsində "Qarabağ" klubu səfərdə Monteneqronun "Rudar" komandası ilə qarşılaşır.

Matça Bakı vaxtı ilə saat 23:45-də start verilib.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun 0-0 hesabı ilə sona çatıb.

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

23:45. "Rudar" (Monteneqro) - "Qarabağ" (Azərbaycan)

Şərhlər

Çox oxunanlar