Nihatın "Spartak Moskva"ya getməməsinin sirri 9 il sonra ortaya çıxıb
25.07.2015 11:51 Sport reaksiya 2745
Türkiyənin "Beşiktaş" və Türkiyə Millisinin əfsanəvi oyunçusu Nihat Kahvecinin 2006-ci ildə Rusiyanın "Spartak Moskva" komandasına getməməsinin səbəbi 9 il sonra ortaya çıxıb.
Məşhur rus idman şərhçisi Konstantin Geniç iddia edib ki, Nihatın 2006-ci ildə "Spartak Moskva"ya transferinə istəməyərək də olsa "mane" olub. Mətbuata açıqlama verən Geniç bildirib ki, Nihatla bir reabilitasiya mərkəzində qarşılaşıblar: "Həmin vaxtlar Nihat orada vasvası şəkildə sağlamlıq yoxlamasından keçirdi. Dizlərində problemlər vardı. Onunla söhbət edərkən, "Spartak Moskva"nın Lujniki stadionunda süni qazonun olduğunu dedim. Bundan xəbərdar olub olmadığını soruşdum. Bu xəbər Nihat üçün gözlənilməz idi. Çünki, həkimlərə Nihata süni qazon örtüyü olan futbol sahəsində futbol oynamağı qadağan etmişdilər. Buna görə onun "Spartak Moskva" transferi reallaşmadı".
Nihat 19 Yanvar 2006 - cı ildə təşkil etdiyi mətbuat konfransında "Spartak Moskva"ya transfer olmaqdan imtina etdiyini açıqlamışdı.
Şərhlər