Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşü üçün bütün xərclərini qarşı tərəf ödəyib

09.03.2017 13:53     Sport reaksiya     1319

Bu gün Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşü canlı yayımlanmayacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yayım ev sahibi Qətər Futbol Assosiasiyasının (QFA) istəyinə əsasən baş tutmayacaq. 

QFA yoldaşlıq oyununda iştirak üçün Azərbaycan millisinin bütün xərclərini qarşılayıb. Ərəblər oyunun yayımlanmasına razı olmayıblar.  

Qeyd edək ki, Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Reaksiya.az

Şərhlər