ABŞ-ın Federal Təhqiqatlar Bürosu FİFA-nı yoxlayacaq

03.06.2015 22:48     Sport reaksiya     990

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) korrupsiya işi çərçivəsində 2018 və 2022-ci il dünya çempionatlarını Rusiya və Qətərdə keçirilməsi barədə qərarını yoxlamaq niyyətindədir.

 

Bu barədə Reuters agentliyinə Federal Təhqiqatlar Bürosundakı mənbə bildirib. 

 

FTB-də xəbəri nə təsdiq, nə də təkzib ediblər.

 

“Federal Təhqiqatlar Bürosu apardığı carı araşdırmalar barəsində şərh vermir”, deyə FTB rəsmisi bildirib. 

Şərhlər