Mariya Stadnik yenə qızıl medal aldı

27.07.2015 16:47     Sport reaksiya     982

Varşavada qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turniri keçirilib.

Reaksiya.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycanın qadın pəhləvanları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma komandamızın kapitanı Mariya Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.

Turnirdə 58 kiloqram çəki dərəcəsində yarışlarda Yuliya Ratkeviç ardıcıl olaraq İsveç və Türkiyədən olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, macar rəqibinə uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz Bolqarıstan və Macarıstan təmsilçilərinə qalib gələrək bürünc medal qazanıb.

İrina Netreba (60 kq) ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək, bürünc medal qazanıb.

Nadya Muşka (63 kq) da finala qədər inamla irəliləyib. Ancaq finalda rəqibinə məğlub olan idmançımız yarışı gümüş medalla tamamlayıb.

Turnirdə görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

Şərhlər