Dünya çempionları Fəvvarələr meydanında şou göstərəcək
04.06.2015 10:20 Sport reaksiya 1120
Dünya çempionları Bakıda idman şousu göstərəcəklər.
Rafael Holzdeppe və Boqdan Bondarenko Fəvvarələr meydanında tamaşaçıları öz atletik bacarıqları ilə coşduracaqlar.
BEGOC-dan Trend-ə verilən məlumata görə, atletika üzrə dünyanın bir sıra qabaqcıl elit idmançısı birinci Avropa Oyunları zamanı, yarışların ikinci həftəsində, Bakı şəhərinin küçələrində öz bacarıqlarını idman həvəskarlarına nümayiş etdirəcəklər.
Dünya çempionları Rafael Holzdeppe və Boqdan Bondarenko Bakı 2015-in təşkilatçılığı ilə şəhərin Fəvvarələr meydanında keçiriləcək idman nümayişində iştirak edəcək 24 idmançı arasında olacaqlar.
Qeyd edək ki, Şüvüllə tullanma üzrə alman idmançısı Holzdeppe və hündürlüyə tullanma üzrə ukraynalı idmançı Bondarenko 2013-cü ildə Moskvada keçirilmiş Dünya Çempionatında qızıl medala sahib olublar.
Şüvüllə tullanma üzrə keçiriləcək nümayişdə qadınlardan London 2012-nin finalçıları Silke Şpiqelburq və Liza Rizih də iştirak edəcəklər.
Kişilərin və qadınların şüvüllə tullanma yarışı iyunun 24-də saat 17:30-dan 20:30-dək, kişilərin hündürlüyə tullanma yarışı isə iyunun 25-də eyni saatlarda baş tutacaq.
Şərhlər