Olimpiya çempionumuz İslamiadaya qələbə ilə başladı
17.05.2017 12:59 Sport reaksiya 1532
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.
+87 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı, dünya çempionu Radik İsayev 1/4 finalda Pakistan idmançısı Şah Adillə döyüşüb.
Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz R.İsayev yarımfinala vəsiqə qazanıb - 34:8.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Şərhlər