Yeniyetmə güləşçilər dünya çempionunun mükafatı uğrunda yarışacaq
02.06.2017 13:14 Sport reaksiya 1533
İyunun 6-dan 7-dək Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək.
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edəcək.
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Gürcüstana 10 güləşçimiz yollanacaq. Yarışda ölkəmizi Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.
Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqoviniyada, Dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.
Şərhlər