"İnter" Bilbaoda ilk məşqinə çıxdı - Avropa Liqası
29.07.2015 16:17 Sport reaksiya 1176
Xəbər verdiyimiz kimi, Bakının "İnter" futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.
Reaksiya.az xəbər verir ki, komandamız artıq Bilbaodadır. “Silken İndautxu” mehmanxanasında məskunlaşan "İnter" ilk məşqinə çıxıb.
Matçı yunanıstanlı baş hakim Stavros Tritsonis idarə edəcək. Yardımçı hakim funksiyasını isə onun həmyerliləri Xristos Akrivos, İlias Alekseas və İlias Spatas yerinə yetirəcəklər.
Qarşılaşmanın hakim inspektoru finlandiyalı Youni Hittyia, UEFA nümayəndəsi isə italiyalı Danilo Filatsioni olacaq.
İlk oyun iyulun 30-da Bakı vaxtı ilə saat 23:45-də Bilbaoda keçiriləcək.
Şərhlər