Millimizin üzvü Almaniya klubu ilə müqaviləsini yeniləyib
15.07.2017 14:34 Sport reaksiya 1530
Almaniyanın “Aue” futbol klubu millimizin üzvü Dmitri Nazarov ilə müqaviləni yeniləyib.
İyirmi yeddi yaşlı yarımmüdafiəçinin müqavilə müddətinin 2021-ci ilin iyununadək uzadıldığı bildirilir. D.Nazarovun ikinci Bundesliqa təmsilçisi ilə əvvəlki müqaviləsi 2018-ci ilin yayına qədər idi.
Qeyd edək ki, futbolçu ötən mövsüm “Aue”nin heyətində 9 qol vurub.
Şərhlər